- Baxış sayı: 24
- 04 Mart 2026 15:38
- Baxış sayı: 65
- Mart 02, 2026
- 0

“İnter Mayami”nin hücumçusu Lionel Messi CİES-in 67 milli çempionatı əhatə edən son bir illik reytinqində ən məhsuldar futbolçu seçilib.
Allsport.az xəbər verir ki, 38 yaşlı argentinalı ulduz MLS-də son 365 gün ərzində 37 qol və 22 məhsuldar ötürmə ilə siyahıya başçılıq edir.
Reytinqdə ikinci pillədə “Bavariya”nın forvardı Harri Keyn (42 xal: 35+7), üçüncü yerdə isə “Real Madrid”in hücumçusu Kilyan Mbappe (41 xal: 37+4) qərarlaşıb. İlk beşliyi Anders Dreyer (“San-Dieqo”, 41 xal) və Cerdan Şakiri (“Bazel”, 38 xal) tamamlayır.
Liqaların səviyyə əmsalı nəzərə alınan xüsusi indeksdə də Messi 66,3 balla liderliyini qoruyur. Onu Mbappe (65,4) və Keyn (64,5) izləyir. İlk beşlikdə həmçinin Maykl Olise (“Bavariya”, 54,9 bal) və Evangelos Pavlidis (“Benfika”, 49,3 bal) yer alıb.