- Baxış sayı: 23
- 23 Oktyabr 2024 14:45
- Baxış sayı: 56
- Oktyabr 22, 2024
- 0
Lionel Messi ABŞ-də təşkil olunan Amerika kubokunda ilk qolunu vurub.
Allsport.az xəbər verir ki, Argentina millisinin kapitanı Kanada ilə yarımfinal görüşündə fərqlənib.
Bu, 37 yaşlı hücumçunun qol vurduğu 6-cı Amerika kubokudur. O, 2007, 2015, 2016, 2019, 2021 və 2024-cü ildəki yarışlarda fərqlənib.
Messi bununla da turnirin rekordunu təkrarlayıb. O, 6 turnirdə qol sevinci yaşayan Zizinyoya çatıb. Braziliyalı 1942, 1945, 1946, 1949, 1953 və 1957-ci illərdə keçirilən Amerika kubokunda fərqlənib.