- Baxış sayı: 41
- 06 Dekabr 2024 21:24
- Baxış sayı: 156
- Dekabr 09, 2024
- 0
Oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi keçiriləcək. Allsport.az xəbər verir ki, mundialda Azərbaycan millisi 13 idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu yarışda Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) şans verəcək.
Dünya birinciliyində beynəlxalq dərəcəli hakimimiz Emil Qurbanəliyev ədaləti qoruyacaq.
Nümayəndə heyətinə Azərbaycan boks federasiyasının idarə heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.
Yarışda 84 ölkədən 800-dək boksçusunun mübarizə aparacağı gözlənilir.