- Baxış sayı: 34
- 13 Fevral 2025 16:24
- Baxış sayı: 106
- Fevral 10, 2025
- 0
Stolüstü tennisçilərimiz gimnaziadada mübarizə aparacaqlar
Bəhreyn krallığının Manama şəhərində təşkil olunacaq Bəhreyn – 2024 gimnaziada idman oyunlarına qatılacaq stolüstü tennisçilərimiz bu gün yola düşüblər.
Allsport.az xəbər verir ki, yarışda məşqçilər Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Elşən Hüseynov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Aysu Ağayeva bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova isə gimnaziadanın oyunlarını idarə edəcəklər. Stolüstü tennis yarışlarına oktyabrın 25-də start veriləcək.