“Meydanın durumu çox pis vəziyyətdəydi”

“Sumqayıt” premyer liqanın IV turunda səfərdə “İmişli”yə minimal hesabla uduzub. Allsport.az xəbər verir ki, Qubada təşkil olunan oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliç mətbuat konfransında iştirak edib.

Serbiyalı mütəxəssis meydançanın durumundan narazı qalıb: “İlk olaraq onu qeyd edim ki, meydanın durumu çox pis vəziyyətdəydi. Bu da bizim üçün problemlər yaratdı. Mən adətən süni meydanda oynamaqdansa, təbiidə oynamağı daha üstün tuturam.

Amma belə meydandansa, süni daha yaxşı olardı bəlkə də. Buna isə mən yox, federasiya qərar verir. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə bəxtimiz də gətirmədi”.

Həmin kateqoriyadan