“Milan”dan “Yuventus”a

“Yuventus” qış transfer pəncərəsində heyətini gücləndirmək məqsədilə “Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çiki hədəfə alıb.

Allsport.az xəbər verir ki, Turin təmsilçisi bu keçidi reallaşdırmaq üçün oyunçu mübadiləsi variantını nəzərdən keçirir. Plana əsasən, “Yuventus”un müdafiəçisi Federiko Qatti “Milan”a, Loftus-Çik isə Turin klubuna keçə bilər.

Hər iki futbolçu daha çox oyun təcrübəsi qazanmaq və DÇ-2026 öncəsi öz milli komandalarının heyətinə düşmək üçün bu keçidə müsbət yanaşır.

Cari mövsümdə Loftus-Çik “rossoneri”nin heyətində 20 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”la hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Həmin kateqoriyadan