Milli böyük hesabla uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində ilk oyununa çıxıb.

Allsport.az xəbər verir ki, “B” liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb. “Raudondvario” stadionunda keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz növbəti oyununu martın 28-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Həmin kateqoriyadan