- Baxış sayı: 52
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 121
- Dekabr 19, 2025
- 0


17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan yığma komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA inkişaf turnirində ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli turnir çərçivəsində növbəti matçlarını aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.