- Baxış sayı: 33
- 05 Fevral 2026 15:55
- Baxış sayı: 203
- Fevral 04, 2026
- 0

Beynəlxalq olimpiya komitəsinin dəstəyi ilə Tehranda İran İslam Respublikasının milli olimpiya komitəsinin regional “İdman biznesi və marketinq” mövzusunda seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda bizdən MOK-un marketinq idarəsinin rəisi Mehman Kərimov qatılıb.
Həmyerlimiz ölkəmizin 2016-cı ildən həyata keçirdiyi sosial media marketinq (SMM) fəaliyyətini uğurlu biznes modeli kimi seminarda təqdim edib. Bu, böyük rəğbətlə qarşılanıb və Azərbaycan MOK-un müvafiq sahədə təcrübəsinə dair maraqlı müzakirə aparılıb.

