Milli paralimpiya komitəsinin prezidenti Türkiyədə

Azərbaycan respublikası milli paralimpiya komitəsinin prezidenti, beynəlxalq görmə məhdudiyyətli idman federasiyasının vitse-prezidenti İlqar Rəhimov 10-13 noyabr 2021-ci il tarixlərində Türkiyənin Samsun şəhərində keçirilən IBSA-nın icraiyyə komitəsinin iclasında iştirak edib.

Allsport.az xəbər verir ki, İclasda İ.Rəhimov IBSA-da vacib olan islahatlar barədə icraiyyə komitəsinin üzvlərinə məruzə etmişdir. O, bildirmişdir ki, dayanıqlı inkişafı təmin etmək məqsədilə Federasiyanın idarəetməetmə sisteminin təkmilləşdirilməsi üçün reqlamentin hazırlanması, hüquqi bazanının təmzinlənməsi, kütləviliyliyi artırmaq məqsədilə dünyanın müxtəlif regionlarında işlərin aparılması, idman, marketinq, beynəlxalq əlaqələr və media sahələrində  bir sıra dəyişikliklər və yeniliklər edilməli, maliyyənin şəffaflığı təmin edilməlidir. İ.Rəhimov görmə məhdudiyyətli uşaqların da idmana cəlb edilməsi üçün müxtəlif tədbirlərin keçirilməsinin vacib olduğunu bildirmişdir. İ.Rəhimov IBSA-nın idman yarışlarının yüksək səviyyədə keçirilməsi üçün yerli təşkilat komitələrinə dəstək olacaq xüsusi peşəkar heyətin hazırlanmasının vacibliyini bildirmişdir.

Daha sonra icraiyyə komitəsinin üzvləri arasında federasiyanın gələcək fəaliyyəti ilə bağlı geniş müzakilər aparılmışdır.

Eyni zamanda İ.Rəhimov IBSA-nın prezidenti Sandro Di Girolamo ilə birgə Samsunda keçirilən golbol idman növü üzrə Avropa çempionatının final mərhələsini izləmiş, turnirin qaliblərini təltif etmişlər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish