“Ən yaxşı idman qurğuları” müsabiqəsində Azərbaycanın bu kompleksləri fərqləndi

“Ən yaxşı idman qurğuları” müsabiqəsində Azərbaycanın bu kompleksləri fərqləndi

Rusiyanın idman nazirliyi, olimpiya komitəsi və idman qurğuları assosiasiyası tərəfindən təşkil edilən “ən yaxşı idman qurğuları” müsabiqəsində Azərbaycanın 2 idman kompleksi fərqlənib. Allsport.az saytı xəbər verir ki, müsabiqədə Rusiya ilə yanaşı, 4 ölkənin – Azərbaycan, Özbəkistan, Belarus və Ermənistanın idman qurğuları da yarışıblar.

Müsabiqənin “Ən möhtəşəm idman qurğusu” nominasiyasında Milli gimnastika arenası 2-ci yerə layiq görülüb. Heydər Əliyev adına idman-konsert kompleksi isə təşkilat komitəsinin xüsusi seçilən obyekti olub.

Münsiflər heyətində Azərbaycanı həmyerlimiz, adı son çəkilən qurğunun direktoru Fikrət Hüseynov təmsil edib.

Həmin kateqoriyadan