- Baxış sayı: 53
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 126
- Dekabr 19, 2025
- 0


Elxan Məmmədov, millinin keçmiş qapıçısı Kamran Ağayevlə görüşüb.
Allsport.az saytı xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti, karyerasını başa vuran 36 yaşlı qolkiperə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək və milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
Görüşdə assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov və texniki departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.
Kamran Ağayev Azərbaycan yığmasında 79 oyunda meydanda olub.