- Baxış sayı: 31
- 21 May 2025 16:58
- Baxış sayı: 108
- May 21, 2025
- 0
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, “A” qrupunda yer alan yığma 4-cü turda Qazaxıstanla üz-üzə gəlib.
Beş gün əvvəl Bakıda rəqibinə uduzan (2:4) Vitali Borisovun baş məşqçi olduğu komanda bu dəfə də məğlubiyyətlə üzləşib.
Astanadakı “Jekpe-jek” sarayında reallaşan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.