- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Fransa millisinin sabiq müdafiəçisi Biksant Lizarazyu Avropa çempionatının yarımfinalında yığma komandanın İspaniyaya məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, fransalı keçmiş futbolçu, UEFA-nın mətbuat xidmətinə açıqlamasında bunları deyib:
“Fransa millisi oyunun əvvəlində hücumdan maksimum yararlandı. Lakin sonra rəqib Lamin Yamal və Olmonun səyləri sayəsində matçın gedişini dəyişdi. İspanlar oyunun tempini qoruyub-saxlaya bildilər və fransızları əks-hücuma keçməyə məcbur etdilər”.