- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 61
- Mart 02, 2026
- 0

Tunis yığmasının baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.
Allsport.az xəbər verir ki, buna səbəb komandanın Afrika millətlər kubokunda mübarizəni dayandırması olub.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tunis seçməsi Afrika millətlər kubokunun “C” qrupunda dörd xalla ikinci yeri tutub. Komanda 1/8 finalda Maliyə (əsas vaxt 1:1, penaltilərdə 2:3) məğlub olub.
Trabelsi ötən ilin fevralından bəri Tunis yığmasının baş məşqçisi idi.