Millimiz DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərini tanıdı

Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, püşkatma mərasimi Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında baş tutub.

Azərbaycan yığması da mundialın seçmə mərhələsindəki rəqiblərini tanıyıb. Millimiz Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova ilə eyni qrupda yer almışdı. Bu isə komandamızın sözügedən yığmalara rəqib olmayacağından xəbər verirdi.

Püşkatma səbətlərinin tam tərkibi beləydi:

1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya
2-ci səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya
5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Azərbaycan, Litva, Moldova
6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra

Püşkatma nəticəsində Azərbaycan yığması C qrupunda Almaniya, Çex Respublikası, Şimali İrlandiya, Norveç və San-Marinoya rəqib olub.

Bütövlükdə, Avropa zonası üzrə komandalar aşağıdakı qruplarda yer alıblar:

A qrupu: Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq
B qrupu: Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra
C qrupu: Azəbaycan, Almaniya, Çex Respublikası, Şimali İrlandiya, Norveç, San-Marino
D qrupu: Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan
E qrupu: Rumıniya, Danimarka, Polşa, Çernoqoriya, Ermənistan, Qazaxıstan
F qrupu: İngiltərə, Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta
G qrupu: İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn
H qrupu: Belçika, Bosniya və Herseqovina, Yunanıstan, Estoniya, Kipr
I qrupu: Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya

Qeyd edək ki, UEFA zonasından dünya çempionatına bütövlükdə mundiala ev sahibliyi edəcək Rusiya yığmasını çıxmaq şərtilə 13 komanda vəsiqə qazanacaq. 9 qrup qalibi birbaşa dünya çempionatında iştirak hüququ qazanacaq. Öz qruplarında ən yaxşı göstəriciyə malik ikinci yerin 8 sahibi isə öz aralarında pley-off oyunu keçirməklə növbəti 4 xoşbəxt vəsiqə sahibini müəyyənləşdirəcəklər.

Həmin kateqoriyadan