- Baxış sayı: 32
- 30 Mart 2026 19:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Qazaxıstanla yoldaşlıq görüşündən sonra Astanada qalan Azərbaycan millisi bu gün Riqaya uçub. Allsport.az saytı xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 13:00-da çarter reysi ilə yola düşüb.
Orta asiyalılara 0:3 hesabı ilə uduzan “ay-ulduzlular”ımız Latviya ilə iyunun 9-da üz-üzə gələcək. Paytaxtın “Dauqava” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.