- Baxış sayı: 50
- 06 Mart 2026 19:13
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Tbilisidə təlim-məşq toplanışı keçən 16 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığması iki yoxlama oyunu keçirib.
Allsport.az xəbər verir ki, Tahir Baxşıyevin komandası “Rustavi” və “Pachulia Academy” komandalarından güclü olub.
Yığmanın hazırlıq mərhələsi sabah başa çatacaq.
Qeyd edək ki, U-16 komandamız əvvəl keçirdiyi 3 yoxlama matçında da qələbə qazanıb.
Azərbaycan U-16 – “Rustavi” – 78:55
Azərbaycan U-16 – “Pachulia Academy” – 68:61