- Baxış sayı: 51
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 93
- Dekabr 19, 2025
- 0


Millimizin daha 2 futbolçu koronavirusa yoluxub. Allsport.az saytı xəbər verir ki, Vüsal İsgəndərli və Rəhman Hacıyevin test nümunələri pozitiv çıxıb. Bu səbəbdən, “Keşlə”lilər premyer liqanın 10-cu turunda “Zirə”yə qarşı çıxış etməyiblər.
Yığma üzvləri millətlər liqasında Avropa səfərində gizlin xəstələniblər. Hazırda futbolçuların karantinə alınaraq, müalicəsinə başlanılıb.
Bundan öncə, millidə Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov COVİD-19-a yoluxmuşdu.