Millimizin futbolçusu Almaniya klubunun əvəzedici komandasına göndərildi

Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da bu gün yeni mövsümdə ilk rəsmi matçına çıxır.

Düsseldorf təmsilçisi səfərdə qarşılaşacağı “Rot Vayss Essen”i mübarizədən kənarlaşdırmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Amma futbolçumuzun bu oyunda iştirak etməsi ehtimalı çox azdır. Çünki bir müddət öncə əsas komandanın yoxlama oyunlarında iştirak edən Toğrul hazırda əvəzedici komandadadır. Daha doğrusu o, ötən gün klubun U-23 komandasının Qərb Regional Liqasının 2-ci turu çərçivəsindəki “Videnbryuk”la qarşılaşmasının iştirakçısı olub. Ərat 1:1 hesabıyla bitən səfər matçında sonadək meydanda olub. Baxmayaraq ki, o, ilk turda “Borussia Dortmund II” ilə ev oyunundakı qarşılaşmanın (3:0) iştirakçısı olmamışdı.

Həmin kateqoriyadan