- Baxış sayı: 114
- 21 Dekabr 2025 12:41
- Baxış sayı: 108
- Dekabr 22, 2025
- 0


Qadın voleybolçuların Türkiyə çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, Sultanlar liqasının ilk oyun günündə millimizin hücumçusu Polina Rəhimova şərəfini qoruduğu “Fənərbağça” səfərdə “Bursa BŞB” klubunu 3:1 yenib. Voleybolçumuz bu matçda 22 xal yığaraq komandasının ən sərrast olub.
Millinin kapitanı Odina Bayramovanın “Seramiksan”ın heyətində debütu da müsbət təsir bağışlayıb. “Çanaqqala”ın qonağı olan “Seramiksan” həmin oyunda 3:2 hesablı qələbəyə sevinib, həmşəhərlimiz 17 xal qazanıb və bu göstəricidə komandasının 2-cisi olub.