- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

“Araz-Naxçıvan” premyer liqanın XVI turunda “Şamaxı”nı 2:0 hesabı ilə udub. Allsport.az xəbər verir ki, oyundan sonra “al qurdlar”ın baş məşqçisi Elmar Baxşıyev bunu deyib:
“Ağır oyun alındı. Yaxşı mübarizənin şahidi olduq. “Şamaxı” da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm.
Əzmkar qələbə qazandılar. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq”.