- Baxış sayı: 44
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Fənərbağça”nın futbolçusu Anderson Taliskanın superliqanın XVII turunda “Əyyübspor”la matçda (3:0) aldığı zədənin dərəcəsi müəyyənləşib.
Allsport.az xəbər verir ki, MRT müayinəsi nəticəsində 31 yaşlı braziliyalı hücumçunun sağ bud alt əzələsində gərilmə və qanama aşkarlanıb. Artıq müalicəsinə başlanılan futbolçunun dekabrın 23-də Türkiyə kuboku çərçivəsində keçiriləcək “Beşikdaş”la derbi oyununu buraxacağı gözlənilir.