Millimizin hücumçusu “dəmirçilər”i yenilgidən qurtardı

İsveçrə superliqasında 1-ci turun təxirə salınmış oyununda “Qrasshopper” səfərdə “Lütsern” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, start heyətdə meydana çıxan Renat Dadaşov, 38-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Bu, millinin hücumçusunun İsveçrə çempionatında cari mövsümdə vurduğu 2-ci qol olub. O, eyni zamanda bu mövsüm 1 qolun da ötürməsini verib.

Həmvətənimiz görüşün 60-cı dəqiqədə əvəzlənib. “Dəmirçilər” 8 xalla 2-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan