Millimizin hücumçusunun oğlu ÇL-də “həftənin oyunçusu” mükafatına namizəddir

UEFA-nın mətbuat xidməti 1/4r finalın ilk oyunlarından sonra çempionlar liqasında “həftənin oyunçusu” mükafatına namizədləri açıqlayıb.

Allsport.az saytı xəbər verir ki, namizədlər arasında PSJ-nin qanad oyunçusu Xviça Kvaratsxeliya, “Bayern” və “Arsenal”ın qapıçıları Manuel NoyerDavid Raya, eləcə də “Atletiko Madrid”in hücumçusu Julian Alvarez var.

Xviça “Liverpul”a (2-0), Alvarez “Barselona”ya (2-1) ilə görüşdə fərqlənib; Raya “Sportinq”ə (1-0) qarşı qapısını quru saxlayıb və Noyer “Real Madrid”ə (2-1) qarşı doqquz qurtarış edib.

Adı ilk çəkilən futbolçu Azərbaycan millisinin, eləcə də “Kəpəz”lə “Şəmkir”in keçmiş hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Həmin kateqoriyadan