- Baxış sayı: 144
- 18 Dekabr 2025 17:05
- Baxış sayı: 135
- Dekabr 19, 2025
- 0


Rumıniya yığmasının ağırlıqqaldıranı Kristina Yovu dopinq əleyhinə qaydanı pozduğü üçün, 8 il müddətinə idmandan kənarlaşdırılıb. Allsport.az saytı xəbər verir ki, 2-qat Avropa çempionunin diskvalifikasiyası 15 dekabr 2018-ci ildən hesablanmağa başlayıb. Onun qan əvəzedicisini istifadə etdiyinə görə cəzalandırıldığı yazılıb.
O, London-2012 olimpiadasında bürünc medala yiyələnmişdi. Lakin BOK onun nümunələrindən birində dopinq tapdığından, Kristinanı bu mükafatdan məhrum etmişdi. Yovu öncələr Moldova və Azərbaycan milli komandalarında çıxış edib.
