Millimizin keçmiş baş məşqçisi Bakıda görüntülənib

Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki Bakıdadır. Allsport.az saytı xəbər verir ki, seçmə tsiklin sonunda millimizlə müqavilə müddətini artırmayan xorvat mütəxəssis, bir müddət öncə ölkəsinin mətbuatına müsahibəsində, qızının təhsili ilə bağlı bir müddət daha paytaxtımızda qalacağını demişdi.

Komanda.az-in məlumatına görə, bu gün axşam saatlarında o, paytaxtın “28 Mall” mərkəzində görüntülənib. Siqaret çəkən məşqçi bir qədər əsəbi görkəmdə olub. Onun telefonda kimləsə əsəbi tonda danışması diqqətdən yayınmayıb.

Xatırladaq ki, Robert Prosineçki 2014-cü ildən millimizi çalışdırırdı. O, DÇ-2018-in seçmə mərhələsinin sonunda, AFFA ilə qarşılıqlı razılıq əsasında dekabrda başa çatacaq müqavilə müddətini uzatmamışdı.

 

Həmin kateqoriyadan