Millimizin rəqibləri

Basketbolun 3×3 növündə Paris-2024 yay olimpiya oyunlarında iştirak edəcək bütün komandalar bəlli olub.

Allsport.az xəbər verir ki, son vəsiqələr Macarıstanın Debretsen şəhərində təşkil olunan FİBA olimpiya təsnifat turnirində sahiblərini tapıb.

Qadınların yarışında Almaniya, İspaniya və Kanada Paris-2024-ə yüksəlib. Bu komandalar da Azərbaycan millisinin Fransa paytaxtındakı rəqibləri olub.

Yığmamız Parisdə Fransa, Çin, ABŞ, Avstraliya, Almaniya, İspaniya və Kanada ilə qarşılaşacaq.

Həmin kateqoriyadan