- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov hələ də özünə yeni klub tapmayıb. Allsport.az xəbər verir ki, o, yenicə Almaniyanın “Germaniya Halberştadt” klubuna baxışa yollanıb.
Dadaşov artıq bu komandanın “Vesterhauzen”lə yoxlama görüşündə də iştirak edib. Qarşılaşma futbolçumuzun komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Beşinci qolu məhz Rüfət vurub. O, matçın 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb.