Millimizin sabiq üzvü Latviyada daha bir qol vurdu

Latviya ikinci liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Auda” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Əsgərov bu oyunda da komandasının ikinci qolunu vurub (79-cu dəqiqə).

Qeyd edək ki, Vüqar bundan əvvəlki iki oyunda dublla yadda qalmışdı. Bir sözlə, futbolçumuzun vurduğu qolların sayı 5-ə çatıb.

“1625 Liepaya” hazırda 39 xalla 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan