- Baxış sayı: 20
- 25 Mart 2026 22:56
- Baxış sayı: 190
- Mart 25, 2026
- 0

Almaniyanın “Karlsrue” klubu yoxlama oyunu keçirmək üçün daha bir rəqib tapıb. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücüma meyilli yarımmüdafiəçisi Dmitri Nazarovun komandası İspaniyanın “Malaqa” klubu ilə üz-üzə gələcək.
La Liqanın son mövsümünü 9-cu pillədə başa vurmuş bu komanda ilə görüş iyulun 17-də baş tutacaq. Qarşılaşma Karlsruedəki “Vildpark Arena”da keçiriləcək.