- Baxış sayı: 29
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 63
- Dekabr 05, 2025
- 0

Almaniya ikinci Bundesliqasında 31-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” növbəti matçına çıxıb.
Bu klub səfərdə “Bohum”la qarşılaşıb. Matç heç-heçə başa çatıb – 1:1. Nazarov bu görüşün 60-cı dəqiqəsində, hesab 0:1 olarkən meydana çıxıb.
Millimizin futbolçusu matçın 87-ci dəqiqəsində qol vurmaqla komandasını məğlubiyyətdən xilas edib. Qeyd edək ki, “Karlsrue” hazırda 43 xalla 18 klub arasında 8-ci pillədə qərarlaşıb.