Millinin sabiq baş məşqçisi vəfat etdi

Rusiya millisinin sabiq baş məşqçisi Boris İqnatyev 85 yaşında dünyasını dəyişib.

Allsportaz xəbər verir ki, 2024-cü ilin dekabrında mütəxəssisə onkoloji xəstəlik diaqnozu qoyulmuşdu.

İqnatyev məşqçilik karyerasına 1973-cü ildə başlayıb. O, 1988-ci ildə SSRİ-nin gənclərdən ibarət yığması ilə Avropa çempionu olub. 1996-1998-ci illərdə isə Rusiya əsas millisinə rəhbərlik edib.

Onun son iş yeri 2013-2018-ci illərdə vitse-prezident vəzifəsini tutduğu Moskva “Torpedo”su olub.

Həmin kateqoriyadan