- Baxış sayı: 70
- 16 Dekabr 2025 11:51

- Baxış sayı: 173
- Dekabr 19, 2025
- 0


Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” Rusiyanın “Zenit” klubu ilə yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Ağdam klubu ilə görüş öncəsi gücünü sınayıb.
“Zenit”in rəqibi İraqın olimpiya yığması olub. Görüş qolsuz başa çatıb (0:0). Qeyd edək ki, Mirça Luçeskunun çalışdırdığı “Zenit”in “Qarabağ”la oyunu iyunun 28-də baş tutacaq.