- Baxış sayı: 31
- 27 Fevral 2026 23:50
- Baxış sayı: 55
- Fevral 26, 2026
- 0

“Milan” 40 yaşı olmasına baxmayaraq yüksək səviyyəli oyun nümayiş etdirən xorvatiyalı yarımmüdafiəçi Luka Modriçi komandada saxlamaq üçün hərəkətə keçib.
Allsport.az xəbər verir ki, baş məşqçi Massimiliano Alleqri və klub rəhbərliyi təcrübəli pleymeykeri müqaviləsini yeniləməyə razı salmağa çalışır.
“Milanello” düşərgəsində hər kəs “Qızıl top” sahibi ilə əməkdaşlığın davam etməsini istəyir. Cari mövsümdə 2000 dəqiqədən çox meydanda olan Modriç, ötürmə dəqiqliyinə görə “A” seriyasında yalnız Manuel Lokatellidən geri qalır.