Morata “Milan”a keçir?

“Atletiko”nun futbolçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər. Allasport.az xəbər verir ki, ispaniyalı oyunçu ilə “Milan” yaxından maraqlanır.

İtaliya nəhəngi Morata üçün 13 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında müddəti 2028-ci ilə qədər olan müqavilə imzalanacağı gözlənilir.

“Milan” 31 yaşlı futbolçunun keçidini bu həftə rəsmən açıqlayacaq.

Həmin kateqoriyadan