- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 61
- Mart 02, 2026
- 0

“Benfika”nın baş məşqçisi Joze Mourinyo yenidən “Çelsi”yə qayıtmaq arzusunundadır.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis London klubundan rəsmi təklif gələcəyi təqdirdə, hazırkı vəzifəsini tərk etməyə hazırdır. 2025-ci ilin sentyabrından “Benfika”nı çalışdıran 62 yaşlı məşqçi “Çelsi”ni özünün “böyük sevgisi” adlandırıb və üçüncü dəfə “zadəganlar”ın sükanı arxasına keçmək istəyir.
“Çelsi”nin rəhbərliyi Mourinyonun hisslərinə eyni dərəcədə qarşılıq verməyə bilər. Belə ki, “Çelsi” daha müasir və yenilikçi bir məşqçi axtarışındadır.
Mourinyo daha əvvəl iki fərqli dövrdə (2004-2007 və 2013-2015) “Çelsi”ni çalışdırıb və bu müddətdə 3 premyer liqa çempionluğu da daxil olmaqla bir çox kubok qazanıb.
Hazırda 19 turdan sonra 30 xalla 5-ci pillədə qərarlaşan “Çelsi”nin yeni baş məşqçisinin kim olacağı böyük maraq doğurur.