Mourinyo ukraynalı futbolçunu tənqid etdi

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya çempionatının 17-ci turu çərçivəsində keçirilən “Eştoril”lə matçdan (3:1) sonra komandanın yarımmüdafiəçisi Georgi Sudakovun ünvanına sərt tənqidlər səsləndirib.

Allsport.az xəbər verir ki, mütəxəssis ukraynalı futbolçunun buraxılan qol epizodundakı çıxışını məsuliyyətsizlik adlandırıb.

Mourinyo qeyd edib ki, hesabda 2:0 öndə olduqları halda, fasiləyə saniyələr qalmış konsentrasiyanı itirmək və fərdi mübarizədə rəqibə qarşı bu qədər məsuliyyətsiz çıxış etmək yolverilməzdir. Baş məşqçinin sözlərinə görə, Sudakovun bu səhvi paltardəyişmə otağında gərginlik yaratsa da, komanda sonradan toparlanaraq qələbəni qoruya bilib.

Georgi Sudakov cari mövsümdə Portuqaliya nəhənginin heyətində çıxdığı 14 qarşılaşmada 4 qolla yadda qalıb.

Həmin kateqoriyadan