Mourinyodan tənqidçilərə cavab: “Ronaldunun yoxluğunu gördünüz”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin Meksika ilə yoldaşlıq görüşündəki heç-heçəsindən (0:0) sonra Kriştianu Ronaldunun komanda üçün əhəmiyyətini vurğulayıb.

Allsport.az xəbər verir ki, mütəxəssis 41 yaşlı hücumçunun zədə səbəbindən meydanda olmamasını nəticəyə təsir edən əsas amil kimi göstərib:

“Kriştianu Ronaldunu çıxarsanız, Portuqaliya seçməsi istənilən sıradan bir komanda kimi görünəcək. İnsanlar daim onun milliyə çağırılmamasını istəyirlər. Budur, bu dəfə o oynamadı və siz nəticəni gördünüz. Bizim tərəfimizdən heç bir təhlükə, onların tərəfindən isə heç bir qorxu yox idi. Əvəzində Meksikanın təzyiqi altında qalan bir komanda gördük. Ronaldu meydanda olanda rəqib iki dəfə düşünür, o olmayanda isə heç düşünmürlər”.

“Əl-Nəsr”in ulduzu zədə səbəbindən bu qarşılaşmanı buraxmalı olmuşdu.

Həmin kateqoriyadan