“Mövsüm boyu bizi müşayiət edən bəxtsizlik bu dəfə yox idi”

“Liverpul”un baş məşqçisi Arne Slot çempionlar liqasının VII turunda “Marsel” üzərində qazanılan inamlı qələbəni (3:0) şərh edib.

Allsport.az xəbər verir ki, niderlandlı mütəxəssis komandasının son 14 oyundakı məğlubiyyətsizlik sıralamasına diqqət çəkib. O, bu müddət ərzində rəqiblərin qarşısında cəmi 54 dəqiqə hesabda geridə olduqlarını vurğulayıb.

Slot matçdakı bəzi kritik məqamları belə xatırladıb: “Ekitike topu dirəyə vurduğu an az qala qol buraxacaqdıq. Lakin bu gün bəxsizlik yaşamadıq və layiq olduğumuz nəticəni əldə etdik. Mövsüm boyu bizi müşayiət edən bəxtsizlik bu dəfə yox idi”.

Həmin kateqoriyadan