- Baxış sayı: 23
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
AFFA intizam komitəsinin yeni mövsümdə ilk iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın ilk turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.
“Zirə” ilə oyunda meydana kənar əşyalar atıldığı üçün “Kəpəz” 1600 manat cərimələnib. Rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alan “qartallar”ın müdafiəçisi Dmitrios Çantakias 1 oyunluq cəzalandırılıb, klubuna 200 manat ziyan vurub.
“Səbail”lə ev matçında 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 800 manat cərimə edilib.
“Qəbələ” ilə qarşılaşmada “Turan Tovuz”un futbolçusu Piruzi Marakvelidze ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 turu kənardan izləməli olacaq. Bu, tovuzluların 1600 manat cərimələnməsinə səbəb olub.