Moyeslə müqavilə yenilənəcək

“Everton” klubu baş məşqçisi Devid Moyeslə yeni müqavilə imzalamağa hazırlaşır.

Allsport.az xəbər verir ki, klubun sahibləri – “Friedkin Group” şotlandiyalı mütəxəssisin komandadakı fəaliyyətindən tam razıdır.

Keçən ilin yanvarında Şon Dayçı əvəzləyən Moyes gələndə Mersisayd təmsilçisi düşmə zonasından cəmi bir xal uzaqda idi. Lakin 62 yaşlı məşqçi qısa müddətdə komandanı dəyişərək onları avrokuboklar uğrunda mübarizəyə qoşub.

Hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşan “Everton ilk beşlikdən cəmi 3 xal geri qalır ki, bu da növbəti mövsüm çempionlar liqasına vəsiqə qazanmaq üçün yetərli ola bilər.

Həmin kateqoriyadan