- Baxış sayı: 43
- 25 İyul 2024 20:21
- Baxış sayı: 50
- İyul 26, 2024
- 0
Sumqayıt olimpiya idman kompleksində Azərbaycan basketbol liqasının 17-cu turunda “Sabah” meydan sahiblərinə 93:73 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Rimas Kurtinaytis bunu söylədi:
“Bildiyiniz kimi dizimdə problem yarandığından bir müddət həkim nəzarətində olmalı idim. Lakin indi hər şey yaxşıdır. Bir neçə yaxşı məşq keçirdik. Mənim üçün əsas qələbə yox, bu qələbəni necə qazanmaqdır.
Bu gün komandanın oyununda sistem hiss olunurdu. Müdafiədə aqressiv, hücumda məhsuldar idik. Artıq zədəlilərimiz də qayıdıb. Düşünürəm ki, pley-offda yaxşı şanslarımız var”.