“Müdafiədə düzgun oynasaq da…”

Kişi həndbolçuların superliqasının 7-ci turunda mərkəzi görüş “AHF arena”da paytaxtın eyni adlı komandası ilə Mingəçevir “Kür” arasında olub. Gərgin keçən oyunda qonaqlar növbəti qələbəsini sıralayıb (26:20). “Bakı”nın aparıcı əl topu ustası Sabir Nəzərəliyev (şəkildə hücumda), allsport.az saytına açıqlamasında bunu deyib:

“Builki çempionatda kişi klubların sayı 7-yə yüksəlib. Onlardan 3-ü gənclərdən təşkil olunsa da, həmin komandalar arasında gərgin mübarizə gedir. Digərlərinin heyətlərində legionçuların, təcrübəli həndbolçuların və yığma üzvlərinin olması rəqabəti dərinləşdirib. Elə çempionluq yarışı da bu 4 klub arasında gedir.

Son oyunda qarşıya qoyulan tapşırıqlarda müdafiədə düzgun oynasaq da, hücum zamanı təkbətək vurulmayan toplar məğlubiyyətimizə səbəb oldu. Hələ qarşıda bizi əsas rəqiblərlə 3 oyun gözləyir. Baş məşqçi Eldar Fərəcov tapşırığı ilə çalışacağıq ki, bu səhvləri aradan qaldırıb digər oyunları qalib başa vuraq. Bütün klublara ugurlar arzulayıram”.

Həmin kateqoriyadan