- Baxış sayı: 37
- 26 İyul 2024 11:02
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
“Ustalar arasında Avropa çempionatında ilk dəfə çıxış edirdim. Bir az çətin oldu, amma bacardım”.
Allsport.az saytı xəbər verir ki, bunu Dağıstan Respublikasının Kaspiysk şəhərində keçirilən qitənin ən güclülərinin yarışında yunan-Roma güləşində 60 kq-da gümüş medal qazanan Murad Məmmədov deyib.Gənc idmançının sözünə görə, finalda da görüşün gedişində üstün olub:
“Həlledici tutaşmada rusiyalı ilə qarşılaşdım. Yarış Sergey Emelinin öz ölkəsində keçirilirdi. Belə olan halda, təbii ki, hakimlər tərəfindən yerli idmançıya tərəgkeşlik olacaqdı. Hesabda 5:0 irəlidəydim. Amma çiynimdə köhnə zədə özünü büruzə verdi və görüşü sonda 5:6 uduzdum”.