Mustafa bəy Vəkilovun törəmələrinin Türkiyə basketboluna töhfəsi

Bir çox ulduzların yer aldığı basketbol üzrə Türkiyə millisinin bu fotosu 2000-ci ildə çəkilib. Allsport.az saytı xəbər verir ki, heyətdə yer alan 9 saylı oyunçu – Arda Vəkiloğlu bizə bir köynək yaxındır. Onun babası Mustafa bəy Vəkilov Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin üzvü olub.

1896-cı ildə Qazax qəzasının Salahlı kəndində doğulan həmyerlimiz Moskva universitetinin hüquq fakültəsini bitirib. 1920-ci il fevralın 18-də ADR-in daxili işlər naziri təyin olunub. O, hökumətin ən gənc naziri idi. Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət edib.

Mustafa bəyin oğlu Nadir Vəkiloğlu da basketbolçu olub. Baş məşqçi kimi İzmirin “Qarşıyaxa” klubuna 1987-ci ildə tarixinin ilk Türkiyə çempionluğunu qazandırıb. Onun oğlu Arda nüfuzlu klubların – “Efes Pilsen”, “Qalatasaray”, “Ülkerspor” və “Beşikdaş”da çıxış edib. Baş məşqçi kimi ötən il “Bursaspor”u Türkiyə basketbol liqasında çempion edərək, super liqaya yüksəldib.

Həmin kateqoriyadan