- Baxış sayı: 38
- 25 Mart 2026 22:56
- Baxış sayı: 214
- Mart 25, 2026
- 0

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XXXI turuna təsadüf edib.
“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.
“Araz-Naxçıvan” “100”ə 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.
Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.