- Baxış sayı: 12
- 30 Mart 2026 17:59
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf, Türkiyənin Bolu şəhərində toplanış çərçivəsində “Sivasspor”la keçirdikləri yoxlama matçı (0:1) barədə fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis açıqlamasında bunu deyib:
“Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Çünki bu gün çoxlu epizodları sağa-sola xərclədik. Son həftədə çox ağır məşqlər keçirmişik. Hər oyunda həm A sistemi, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik. O qədər də oyun stresi olmur”.