- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
UEFA rəhbəri Aleksander Çeferin yeni prezidentlik müddətinə namizəd olmamaq vədindən vaz keçə bilər. Allsport.az saytı xəbər verir ki, bu ilin fevralında o, 2027-ci ildə yenidən namizəd olmayacağını açıqlayıb.
Ona qədər uyğun xələf tapılmasa, Çeferini vəzifəsində qalmağa razılıq verə bilər. Hələlik heç kim namizədliyini irəli sürmək arzusunu bildirməyib.
Sloveniya, Xorvatiya, Monteneqro və Albaniya da daxil olmaqla, UEFA-ya üzv olan 20-yə yaxın ölkə Çeferinə dəstək verəcəklərini vəd edib. Türkiyə, Yunanıstan, San Marino, Andorra və Farer adaları da buna müsbət yanaşır.