“Napoli” və “Atletiko” arasında mübarizə

“Atalanta”nın hücumçusu Ademola Lukman “Atletiko Madrid”in diqqətini çəkib.

Allsport.az xəbər verir ki, Madrid təmsilçisi nigeriyalı futbolçu üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır.

Lukman uğrunda “Napoli” də mübarizə aparır. 27 yaşlı oyunçunun qiymətinin 60 milyon avro civarında ola biləcəyi bildirilir.

Lukman son mövsüm “A” seriyasında 31 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan